Exchange Calculator
© 2023 ASB Bank
SUPER EXTRA
İstədiyiniz vaxt, istədiyiniz məkandan alış-veriş edin.

Azərbaycan Sənaye Bankı və Bazarstore-un birgə layihəsi olan bu plastik kartı həm TAKSİT, həm BONUS, həm ENDİRİM, həm də KREDİT kartı kimi istifadə edə bilərsiniz. Bu kart Bazarstore-larda 4% bonus və 3 ay faizsiz taksit imkanı verir. Artıq nağd pula ehtiyacınız olduğunda siz kartınızdakı ümümi məbləğin 100% nağdlaşdırma edə biləcəksiniz. Qeyd edək ki, nağdlaşdırma zamanı tutulan komissiya haqqı cəmi 2% təyin olunmuşdur.

ASB və Bazarstore-un birgə layihəsidir

Bu kartı əldə etməklə siz həm TAKSİT, həm BONUS, həm ENDİRİM, həm də KREDİT kartına sahib olacaqsınız! Bu kart sayəsində kredit limitinizdən yararlana, alış-veriş məbləğini hissə-hissə ödəyə, etdiyiniz hər alış- verişdən bonuslar qazana, endirim kampaniyalarından faydalana biləcəksiniz.

Super Extra Kart – kredit kartıdır! 
Ona görə də, bu kartın borc öhdəlikləri digər kredit kartlarındakı kimidir.

  • bankın tərəfdaşı olan şirkətlərin əməkdaşlarına veriləcək! Hansı ki, o şirkətlər uzun illərdir ki, ASB ilə əməkdaşlıq edir və onların əməkdaşları azı 1 ildir ki, öz əməkhaqlarını bankın maaş kartları ilə alırlar.
  • ödənişsizdir! Onu heç bir ödəniş etmədən əldə edə bilərsiniz!
  • gəlirlərinizə uyğun olaraq verilir! Yəni, bu kartda Sizə əməkhaqqınıza uyğun kredit limiti təqdim olunacaq!

TAKSİTLƏNDİRMƏ – çox rahatdır! 
Super Extra Kartınızı təqdim edərkən bu istəyinizi bildirin. Cəmi bir neçə saniyə içində alış-veriş məbləğinizi hətta kartın son istifadə müddətinədək taksitləndirə bilərsiniz! Bundan başqa, banka müraciət edərək təlimatlı taksitləndirmə də etmək mümkündür.

BONUSLAR – ikiqat artdı! 
Super Extra kartınızla Bazarstore mağazalar şəbəkəsində alış-veriş zamanı hesabınıza 4% bonus yüklənəcək. Bonus müştəriyə Bank tərəfindən təyin edilmiş kredit limiti daxilində edilən əməliyyatlara verilir.

ENDİRİMLƏR – Sizə özəldir!
Super Extra Kartınız Sizə Bazarstore-un xüsusi endirim kampaniyalarından faydalanmaq imkanı verəcək!

ALIŞ-VERİŞ – POS-terminalı olan istənilən yerdən və internet üzərindən olacaq!
Çünki bu kart POS-terminalı olan istənilən obyektdən alış-veriş etmək, eləcə də, onlayn alışlar üçün nəzərdə tutulub. Ondakı məbləği heç bir halda nağdlaş- dırmaq mümkün deyil.

KREDİT ŞƏRTLƏRİ – xeyli rahatdır!

• Ekstre borcları və taksitlər hər ayın 1-dən 10-dək ödənilir;
• Hər ay xərclədiyiniz məbləğin 25%-ni ödəmək lazımdır;
• Ödəməsi gecikdiyində kart blok olunur;
• Bloklanan kartlar ödəniş edildikdən bir gün sonra aktivləşir;
• Aylıq faiz dərəcəsi cəmi %2-dir;
• Gecikmə olduğu halda (gecikmə faizi 3%-dir) bank bu məlumatı Azərbaycan Kredit Bürosu və Mərkəzləşdirilmiş Kredit Reyestri ilə paylaşmağa məcburdur.

Müraciət üçün tələb ediləcək sənədlər

Kredit kartı üçün müraciət ərizəsi, müştərinin şəxsiyyət vəsiqəsi və gəliri təsdiq edən sənəd.

Zaminə görə tələb olunan əlavə sənədlər

Zaminin şəxsiyyət vəsiqəsi və gəliri təsdiq edən sənəd.

Valyuta

AZN

Ərizə verənin yaşı

Min. 18 - Maks. 65

Faiz nisbəti

 24 %

Təminat

8000 AZN - dək zaminsiz 

8001 - 15000 AZN-dək 1 zamin alınır

Maksimum kart müddəti

36 ayadək

Minimum kart limiti

100 AZN və ya ekv.

Maksimum kart limiti

Max 2 maaş

Minimum toplam aylıq gəlir 

350 AZN (vergilər çıxılmaqla-borcalan və zaminlər üçün )

Xüsusi şərtlər

-Toplam aylıq gəlir- Müştərinin vergilər çıxıldıqdan sonra əldə etdiyi aylıq gəlirlərinin cəmidir. 

-Borcalanın axırıncı iş yerində ən az 6 ay iş stajının olması tələb olunur.

-Borcalanın ASB bankdan alacağı yeni kreditin aylıq ödənişləri ilə digər banklara olan kreditlərinin aylıq ödənişlərinin cəmi təsdiqlənmiş toplam aylıq gəlirin 45%-ni keçə bilməz.(Borclanma əmsalı). Bu əmsal zaminlər üçün max. 50% olaraq nəzərə alınır.

-Zaminlik xaricində bank depozitləri də təminat kimi qəbul edilə bilər. 

-Borcalan və zaminlərin işyeri məlumatları (staj, vəzifə, əmək haqqı) və təhlükəsizlik araşdırması telefon və/vəya e-mail və ya işyerindən arayış vasitəsilə təsdiqlənməlidir.

-Borcalan tərəfindən tələb olunan kredit təsdiqlənmiş toplam aylıq gəlirin 2 mislindən çox olarsa əsaslandırılmış qaydada istisna olaraq dəyərləndirilir.

-Əmək haqqı xaricində sərbəst çalışanlar üçün təsdiqlənmiş toplam aylıq gəlir üçün aylıq gəlir filial tərəfindən aparılmış təhlil nəticəsində rəsmi sənədlərlə müəyyənləşdirilməlidir.

-Bakı və Sumqayıtda yerləşən filiallardan edilən müraciətlərdə borcalan və zaminlərdən an az birinin Bakı, Abşeron və ya Sumqayıt qeydiyyatı olması məcburidir. (əmək haqqı ödənişləri ASB Bankdan keçən müştərilər istisnadır.)

-Kredit kartın verilməsi haqqında İH sədrinin/Kredit komitəsinin/İdarə Heyətinin qərar və protokolları imzalandığı tarixdən 30 təqvim günü qüvvədə qalır. Borcalan 30 təqvim günü keçdikdən sonra kreditin rəsmiləşdirilməsi üçün müraciət edərsə yenidən AKB (MKR) hesabatı alınmalı və maliyyə vəziyyəti analiz edilərək bankdaxili komitələrdə müraciəti analiz edilməlidir.                                                                                                                                                                 -Təminatlarla bağlı bütün xərclər müştəri tərəfindən ödənilir.

To join the 3D secure application, log in to the MilliKart «3D Secure» link.

()
HOURS
: MINUTE
DATE