Əfsuslar sizin istifadə etdiyiniz brauzer köhnəlib. Zəhmət olmasa sayta tam şəkildə baxmaq üçün brauzerinizi yeniləyin və yaxud digər son versiya brauzerlərdən birini istifadə edin:
Mərkəzi Bankın 28 sentyabr 1996-cı il tarixli 241 saylı lisenziyasına əsasən fəaliyyətə başlamışdır.
1997
“Azərbaycan Sənaye Sığorta” ASC-ni təsis etmişdir.Bakı Banklararası Valyuta Birjasının (BBVB) üzvü olmuşdur.
2000
Bakı Fond Birjasının təsis edilməsində iştirak etmişdir.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvü olmuşdur.
2002
TSE–ISO–EN 9000 şərtlərinə uyğun keyfiyyət nişanı almışdır.
2005
“Azərbaycan Sənaye Lizinq” MMC-ni təsis etmişdir.
2006
Milli Kart MMC-nin təsis edilməsində iştirak etmişdir.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı seçilmişdir. Bank ilk bankomat və plastik kartlarını istifadəyə təqdim etmişdir.
“Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan” ASC-nin təsis edilməsində iştirak etmişdir.
2007
Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə edilməsi üzrə Dövlət Xidmətinə üzv olmuşdur.
Əmanətlərin Sığortalanması Fonduna üzv olmuşdur.
2008
“İlin İnkişaf edən bankı” mükafatına layiq görülmüşdür.
2010
“Azərbaycan Risk Peşəkarları Assosiyasiyası”nın (ARPA) üzvü olmuşdur.
2011
Bloomberg əməliyyat sisteminə qoşulmuş və valyuta əməliyyatlarını bu sistem üzərindən aparılmasına başlamışdır.
2012
Azərbaycanın ilk taksit kartı “Extra Card” ictimaiyyətə təqdim edilmişdir.
Bankın “Baku Card” plastic kart məhsulu “Master Card” tərəfindən “İlin innovativ məhsulu” seçilmişdir.
137 Məlumat Mərkəzi fəaliyyətə başlamışdır.
2013
Nəzarət və təhlil imkanları genişləndirilməsi üçün yeni hesabatlılıq sistemi istifadəyə verilmişdir.
Mərkəzi Bank tərəfindən ölkədə “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə ikinci yerə layiq görülmüşdür.
2014
Bankın proqram təminatının yenilənməsi, mobil və internet bankçılığın tətbiqi üçün layihə qrupu yaradılmışdır.
2015
Bank yeni - Intervision proqram təminatına keçid etmişdir.
2016
“Western Union” təcili pul köçürmə sistemi ilə əməkdaşlığa başlamışdır.
“Super Extra” kart məhsulunu müştərilərə təqdim etmişdir.
"Nağdsız ödənişlər üzrə lider bank" nominasiyası üzrə banklar arasında ilk beşliyə daxil olmuşdur.