Exchange kalkulyatoru
© 2023 ASB Bank

Qarantiya öhdəliyinə əsasən bank-qarantor müştərisinin (prinsipalın) müraciəti ilə benefisiara qarantiyanın şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdiyi halda həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.

Qarantiya növləri:

  • Tender qarantiyası
  • İcra qarantiyası
  • Avans ödənişin qaytarılması qarantiyası
  • Ödəniş qarantiyası
  • Rezerv akkreditivi və digər

Qarantiyanın məqsədi hər hansı bir tərəfin (satıcı yaxud alıcı) tender və ya müqavilə üzrə öhdəliklərin icra olunmasını təmin etməkdir. Qarantiyanın təyinatından asılı olaraq qarantiyanın müvafiq növü istifadə olunur.

Qarantiyalar yerli və xarici kommersiya fəaliyyətində, sənaye və tikinti sektorlarında geniş tətbiq edilir.

ASB sənədli akkreditivlər vasitəsilə sizə beynəlxalq ticarətdə yaranan risklərin minimuma endirilməsini təklif edir. Sənədli akkreditiv çevik ödəniş üsulu olmaqla yanaşı, həm də kredit aləti kimi istifadə oluna bilər (qısa-müddətli maliyyələşdirmə üçün).

Sənədli akkreditivlərdə iştirakçılar arasında münasibətlər mal/xidmət yaxud müqavilə üzərində deyil, akkreditivdə tələb olunan sənədlər əsasında qurulur, baxmayaraq ki, bu sənədlər həmin müqaviləyə aiddir (UCP 600, bənd 5).

Sənədli akkreditivin açılması üçün təlimatlar tam və dəqiq şəkildə banka təqdim olunmalıdır.

Yalnız sənədlərin akkreditiv şərtlərinə uyğun banka təqdim olunması ixracatçıya ödənişi maneəsiz almağı təmin edir.

SƏNƏDLİ AKKREDİTİVLƏRİN FORMALARI:
İxracatçının maraqlarının qorunma səviyyəsi akkreditivin formasından asılı olaraq dəyişir:

  • Təsdiq edilmiş akkreditiv
  • Təsdiq edilməmiş akkreditiv

Təsdiq edilməmiş akkreditivdə bank-emitent (alıcının bankı) alıcının adından açdığı akkreditiv şərtlərinə uyğun sənədlərin düzgün təqdim edildiyi təqdirdə satıcının qarşısında geri çağırılmaz ödəniş öhdəliyini öz üzərinə götürür. Təsdiq edilməmiş akkreditiv forması təsdiq edilmiş akkreditiv formasından xərc baxımından daha qənaətlidir.

Təsdiq edilmiş akkreditivdə bank-emitentlə yanaşı təsdiqedici bank da ixracatçı qarşısında akkreditiv şərtlərinə uyğun ödəniş etməyi öz üzərinə götürür. Bu öhdəlik bank-emitentin öhdəliyindən müstəqildir. Beləliklə, həm təsdiqedici bank, həm də bank-emitent ixracatçı qarşısında ayrı-ayrılıqda öhdəlik daşıyır.

Bu akkreditiv forması ixracatçıya ödənişin optimal təhlükəsizliyini təklif edir, çünki ödəniş riskini maksimal dərəcədə məhdudlaşdırır və eyni zamanda bank-emitentin ölkə riskini aradan qaldırır. Məhz buna görə təsdiq edilmiş akkreditiv təsdiq edilməmiş akkreditiv formasından daha bahalıdır, çünki təsdiqedici bank ödənişin icrasını təmin edərək öz üzərinə götürdüyü riskə görə əlavə komissiya haqqı alır.

İxracatçı üçün sənədli inkasso əməliyyatı, malların faktiki ödəmə üsulundan daha təhlükəsizdir, lakin sənədli akkreditiv qədər sığortalı deyil. Məsələn, akkreditivdən fərqli olaraq, ödənişə təminat vermir, kredit və siyasi risklərini qarşılamır. Bunun üçün ixracatçı rolunda satış üzrə danışıqları aparmaqdan əvvəl yoxlamalısız ki, sənədli inkasso, Sizin üçün düzgün ödəmə üsuludur ya yox. Məhz bu səbəblərdən də, sənədli inkasso əməliyyatları, başqa sənədli əməliyyatlardan daha ucuz başa gəlir, daha az vaxt və cəhd tələb edir.

Belə ki, ixracatçı müəyyən risklərə gedir, ödənişi almazdan öncə malları istehsal edir, malları yükləyir və ya digər xidmətləri göstərir. Buna görə, sənədli inkasso, ancaq aşağıdakı şərtlər mövcud olduğunda məsləhət görülür:

  • İxracatçı ilə idxalatçı arasında çox etibarlı münasibətlər olmalıdır;
  • İdxalatçı tərəfindən ödəməni həyata keçirmə istəyi və imkanı haqqında ixracatçıda heç bir şübhə olmamalıdır;
  • İdxal edən ölkə siyasi, iqtisadi və hüquqi cəhətdən stabil olmalıdır;
  • İdxalatçı ölkədə beynəlxalq köçürmə əməliyyatlarına dair valyuta rejimində heç bir məhdudiyyətlər, çətinliklər və ləngitmələr olmamalıdır.
 
Sənədli əməliyyatlar
()
Saat
: Dəqiqə
Tarix