İdarə Heyətinin Sədri – Kənan Orucov
23.09.1969-cu ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini iqtisadçı ixtisası üzrə bitirmişdir.1990-cı ildən etibarən Azərbaycan Beynəlxalq Bankında müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 2016-cı ildən etibarən Azərbaycan Sənaye Bankı ASC-də İdarə Heyətinin müşaviri vəzifəsində işləmişdir. 17.12.2018-ci il tarixdən İdarə Heyəti sədrinin müavini və İdarə Heyətinin üzvüdür. 29.06.2020-ci il tarixindən İdarə Heyətinin Sədri təyin olunmuşdur.Telefon:(+99412) 493 49 49
E-poçt: [email protected]
________________________________________________________________________________
İdarə Heyəti Sədrinin müavini/İdarə Heyətinin üzvü – Sarvan Mikayılov
26.07.1973-cü ildə anadan olub. 1996-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasını bitirmişdir. 1998-ci ildən etibarən “Azərbaycan Sənaye Bankı” ASC-də müxtəlif rəhbər vəzifələrdə işləmişdir. 2008-ci ildə Maliyyə Departamentinin direktoru və Bankın baş mühasibi təyin edilmişdir. 2011-ci il tarixdən İdarə Heyətinin üzvüdür, 2023-cü ildən İdarə Heyəti Sədrinin müavinidir. 2013-cü ildən “Azərbaycan Sənaye Sığorta” ASC -nin Direktorlar Şurasının üzvüdür.
Telefon:(+99412) 493 49 49
E-poçt: [email protected]
________________________________________________________________________________
İdarə Heyətinin üzvü - Ayvazov Vyaçeslav İslamoviç
27.11.1981-ci il tarixdə anadan olub. 2002-ci ildə “Odlar Yurdu” Universitetini bitirmişdir. 2003-cü ildən etibarən özəl sektorda müxtəlif şirkətlərdə işləmişdir. Bank sektorunda 2009-cu ildən etibarən işləyir. “Azərbaycan Sənaye Bankı” ASC-də 2016-cı ildə Hüquq Departamentinin müdiri vəzifəsində işləməyə başlamışdır. 29.06.2020-ci il tarixdən Bankın İdarə Heyətinin üzvüdür, 2023-cü ildə Baş Korporativ İşlər İnzibatçısı vəzifəsinə təyin olunmuşdur.
Telefon:(+99412) 493 49 49
E-poçt: [email protected]
________________________________________________________________________________
İdarə Heyətinin üzvü – İlker Hepçorman
1980-ci ildə İzmir, Türkiyədə anadan olub. Orta məktəb və lisey təhsilini Fen və Riyaziyyat sahəsində ingilis dilində Özəl Altuğ Kollecində başa vurmuş, Los Angeles Beynəlxalq Universitetindən ingilis dilində Biznes idarəçiliyi üzrə bakalavr dərəcəsi almışdır. Karyerasına Azersun Holdinqdə proseslərin idarə edilməsi və statistik analiz sahələrində başlamış, SAP və BPR layihələrində iş proseslərinin təhlili, təkmilləşdirilməsi və rəqəmsal transformasiya mövzularında fəaliyyət göstərmişdir. Mart 2013-cü ildən etibarən “Azərbaycan Sənaye Bankı” ASC-də rəqəmsal bankçılıq və ödəniş kartları sahəsində menecer vəzifəsində çalışır. Burada, kart əməliyyatları və bank sistemləri üzərində sistem inkişafı, proseslərin təkmilləşdirilməsi və rəqəmsal transformasiya kimi mühüm layihələrdə iştirak etmiş və rəhbərlik etmişdir. Lean Six Sigma Green Belt və IPMA Level B sertifikatlarına malikdir. 2024-cü ildən Bankın İdarə Heyətinin üzvüdür. 2019-cu ildən “Azərbaycan Sənaye Sığorta” ASC-nin Direktorlar Şurasının üzvüdür.