Exchange kalkulyatoru
© 2023 ASB Bank
Ümumi məlumat

Müşahidə Şurasının üzvləri Səhmdarların Ümumi Yığıncağı tərəfindən seçilir. Müşahidə Şurası Bankın idarə edilməsinə və fəaliyyətinə nəzarəti həyata keçirir, İdarə Heyətinin üzvlərini və sədrini təyin edir, onlardan hesabat alır, Səmhdarların Ümumi Yığıncağı ilə bağlı prosedurları həll edir, daxili qaydaları və daxili komitələrin əsasnamələrini təsdiq edir, nizamnamə kapitalının 50%-dən artıq məbləğdə əqdlərin bağlanmasına icazə verir. Bankın Müşahidə Şurası 3 nəfərdən ibarətdir:

Müşahidə Şurasının Sədri – Gozal Ahmad 
E-poçt: [email protected]
Tel.: (+99412) 493-49-49

18 iyul 1981-ci il tarixində anadan olub. "Anadolu İnvestment Kompani” MMC-nin təsisçisidir. Şirkətin mühüm qərarlarının, həmçinin, maliyyə vəziyyətini müəyyənləşdirən qərarların qəbul edilməsində iştirak etmişdir. 2022-ci ildən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının sədridir.

Müşahidə Şurasının üzvü – AliReza Firouzi
E-poçt: [email protected]
Tel.: (+99412) 493-49-49

23 sentyabr 1974-cü ildə anadan olmuşdur. 2007-ci ildən Azərsun Holdinqdə maliyyə və analiz üzrə məsləhətçi və baş direktor vəzifələrində çalışmışdır. 23 aprel 2015-ci il tarixindən Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının üzvüdür.

Müşahidə Şurasının üzvü - Hakan Şirin

01 yanvar 1969-cu ildə anadan olmuşdur. Təhsilini Hacettepe Universitetində iqtisadi və inzibati proqramlaşdırma və Azərbaycan Texniki Universitetində sənayenin təşkili və idarə olunması ixtisasları üzrə almışdır . Azərsun Holdinqin bir çox qurumlarında rəhbər vəzifələrini icra etmişdir. 2021-ci ildən  Azərbaycan Sənaye Bankı ASC-nin Müşahidə Şurasının üzvüdür.

E-poçt: [email protected]

Tel.: (+99412) 493-49-49





 

()
Saat
: Dəqiqə
Tarix