Exchange kalkulyatoru
12.10.2017

ASB-də “Maliyyə savadlılığı: peşəkar karyeraya aparan yol” layihəsi çərçivəsində növbəti təlim keçirildi

Azərbaycan Sənaye Bankı 9-13 oktyabr 2017-cı il tarixilərində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən həyata keçirilən “Maliyyə Savadlılığı: peşəkar karyeraya aparan yol” layihəsi üzrə növbəti dəfə təlim keçirmişdir. Belə ki, 11.10.2017 tarixində “Plastik kartlar – Müasir dövrümüzün tələbi kimi” mövzusunda 6 ali təhsil ocağını təmsil edən 15 tələbəyə bankın baş ofisində təlim keçirilmişdir.

Bankın Plastik Kartlar departamentinin aparıcı mütəxəssisi Könül Rəsulova plastik kartlarla yanaşı bank sistemi, bank əməliyyatlarına aid aktual mövzular üzrə də məlumat verdi. Tədbir maraqlı müzakirələrlə yadda qaldı, layihə iştirakçılarına təhsil və gələcək karyeralarında uğurların əldə edilməsi ilə bağlı məsləhətlər də verildi

Sonda Bankın əməkdaşları təlimdə iştirak edən tələbələrə təhsillərində uğurlar arzu edərək, peşəkar karyera gedən yolda əldə etdikləri biliklərin onlar üçün faydalı olmasını dilədilər.

()
Saat
: Dəqiqə
Tarix