Exchange kalkulyatoru
i-Map
Informativ xəritə xidməti
21.05.2018

Maliyyə savadlılığı layihəsi çərçivəsində növbəti təlim

Əhalinin maarifləndirilməsi üzrə layihələri davamlı olaraq həyata keçirən Azərbaycan Sənaye Bankı növbəti dəfə Azərbaycan Respublikası Mərkəzi Bankının “Maliyyə savadlılığı” layihəsinə dəstək olmuşdur. Belə ki, 17.05.2017 tarixində “Kredit işinin təşkili” mövzusunda müxtəlif ali təhsil ocağını təmsil edən 23 nəfər tələbəyə  təlim keçirilmişdir.

Bankın Park Bulvar filialının Kredit bölməsinin rəhbəri Zamin Tahirov  “Kredit işinin təşkili”

mövzusunda ətraflı danışaraq tələbələrə kredit müraciətlərinin qəbul edilməsi, analiz edilməsi və rəsmiləşdirilməsi ,müraciətlərin qəbulu, sənədlərin toplanması, eləcə də müraciətlərin qiymətləndirilməsində 6C prinsipi haqqında tələbələrə ətraflı məlumat verərək, şəxsi təcrübəsindən müxtəlif nümunələr gətirdi. Bank əməkdaşı kreditin verilməsi ilə bağlı tələbələrin müxtəlif suallarını da cavablandırdı. Tələbələrin aktiv iştirak etdiyi təlim interaktiv formatda keçirildi.

 

Sonda Bankın əməkdaşları təlimdə iştirak edən tələbələrə təhsillərində uğurlar arzu edərək, peşəkar karyera gedən yolda əldə etdikləri biliklərin onlar üçün faydalı olmasını dilədilər.

()
Saat
: Dəqiqə
Tarix