Exchange kalkulyatoru
i-Map
Informativ xəritə xidməti
15.03.2018

Gənclər arasında “RƏQƏMSAL MALİYYƏ XİDMƏTLƏRİ: MÜASİR TRENDLƏR VƏ ÇAĞIRIŞLAR” adlı yaradıcılıq müsabiqəsi

Azərbaycan gənclərinin cəmiyyətin sosial-iqtisadi inkişafında rolunu artırmaq, onların maarifləndirilməsini təmin etmək, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “İstehlakçıların maliyyə savadlılığının artırılması və hüquqlarının müdafiəsinin gücləndirilməsi” prioritetini və “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin “Rəqəmsal ödənişlərin daha geniş tətbiqi üçün maarifləndirmə, təbliğat və təşviqat işinin aparılması” tədbirini əsas tutaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyası “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə yaradıcılıq müsabiqəsini elan edir.

Müsabiqənin məqsədi müasir rəqəmsal maliyyə xidmətlərinin fayda və üstünlüklərinə gənclərin diqqətini yönləndirərək müsabiqə mövzusuna uyğun məzmun hazırlamaq və paylaşmaqla onların maarifləndirilməsini təmin etməkdir.

Müsabiqəyə təqdim olunmuş və qalib olaraq seçilmiş ən yaxşı işlərin müəllifləri sertifikat və müxtəlif hədiyyələrlə (1-ci yer: noutbuk; 2-ci yer: planşet; 3-cü yer: smartfon) mükafatlandırılacaq. Müsabiqədə ali təhsil müəssisələri, bank-maliyyə təşkilatları, QHT-lər və digər qurumlardan yaşı 18-25 arasında olan gənclər iştirak edə bilərlər. Hazırlanmış məzmunun sonunda “Azərbaycan Respublikasının Mərkəzi Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının “Rəqəmsal maliyyə xidmətləri: müasir trendlər və çağırışlar” adlı birgə müsabiqəsinə təqdim olunur” qeydi verilməlidir. Müsabiqəyə işlər 16 fevral 2018-ci il tarixindən qəbul olunur. İşlərin son qəbul günü 30 mart 2018-ci il, saat 18:00-dur.

Daha ətraflı məlumatı Mərkəzi Bankın rəsmi internet səhifəsindən "www.cbar.az", Maliyyə Savadlılığı Portalından (http://www.bizimpullar.az) və Maliyyə Savadlılığının Facebook səhifəsindən (@bizimpullar) əldə etmək mümkündür. Əlaqə üçün:  "imx@cbar.az" (012) 493-11-22 (dax.161).

Müsabiqə qaydalarını buradan yükləyin

Xahiş olunur resursu təqdim edərkən aşağıdakı qeydiyyat formasını dolduraraq, bizə təqdim edəsiniz.

Qeydiyyat forması

()
Saat
: Dəqiqə
Tarix