Özünüməşğulluq proqramı çərçivəsində dəstəyini davam etdirən ASB, bu dəfə də əhalinin sosial həssas qruplarından olan 6 nəfər aztəminatlı vətəndaşımızın özünüməşğulluğunu təmin etməsi üçün zəruri avadanlıqlarla təmin edilməsini həyata keçirmişdir. Bank, özündə sosial məsuliyyəti ehtiva edən bu növ layihələrə hər zaman diqqətlə yanaşır və dövlət tərəfindən həyata keçirilən sosial layihələrdə iştirak etməkdən məmnunluq duyur. Bu proqram Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında imzalanmış memoranduma uyğun olaraq banklar tərəfindən özünüməşğulluğun təşkilinə dəstək üçün hazırlanmış xüsusi proqramdır. Ötən illər də, bu proqramda aktiv iştirak edən ASB, sosial əhəmiyyət kəsb edən bu proqram çərçivəsində digər vətəndaşlara da dəstəyini davam etdirəcəkdir.