Exchange Calculator
© 2023 ASB Bank
26.01.2021

03.06.2020

Azərbaycanın ilk banklarından biri olan ASB, iqtisadi və sənaye layihələrini maliyyələşdirməklə ölkə iqtisadiyyatının inkişafında daim aktiv rol oynayır. Dövlət və sosial yönümlü layihələrə öz iştirakı ilə dəstək olan və bu sahədə aparıcı yerlərdən birini tutan ASB, özəlliklə əhalinin həssas qruplarından olan vətəndaşlarımıza dəstəyi hər zaman prioritet sayıb. ASB sosial məsuliyyət ehtiva edən, vətəndaşlarımıza dəstək verən bütün layihələrdə yer alır və sosial müdafiə dəstəyinə ehtiyacı olan işsiz vətəndaşları, aztəminatlı ailələri və məcburi köçkünləri həmişə diqqət mərkəzində saxlayır.

Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası (ABA) arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə kömək göstərilməsi sahəsində əməkdaşlığa dair bağlanmış 11 mart 2020-ci il tarixli memoranduma uyğun olaraq özünüməşğulluğun təşkili üçün proqram hazırlanmışdır.

Ramazan Bayramı və 28 May Respublika günü ərəfəsində baş tutan bu sosial kampaniyada, ASB layihə çərçivəsində “Özünüməşğulluğa cəlb edilmiş şəxs” olan Həziyeva Zəkiyyə Sevindik qızına, öz şəxsi biznesinin inkişafı üçün avadanlıqların təmin edilməsi ilə dəstək göstərib. ASB tərəfindən proqram çərçivəsində dəstək davam etdirilir.

()
HOURS
: MINUTE
DATE