Exchange Calculator
© 2025 ASB Bank
11.04.2025

Azərbaycan Banklar Assosiasiyasının uğurlu 35 ili

Azərbaycan Banklar Assosiasiyası (ABA) ölkəmizin bank sektorunda aparıcı təşkilatlardan biri olaraq, bu il fəaliyyətinin 35-ci ildönümünü qeyd edir.

Bu əlamətdar gün münasibətilə, Azərbaycan Sənaye Bankı (ASB) olaraq  Assosiasiyanın rəhbərliyinə və bütün kollektivinə ən səmimi təbriklərimizi çatdırırıq.

ABA, hər zaman ölkəmizin bank sektoru üçün strateji əhəmiyyət daşıyan təşəbbüslər irəli sürərək, peşəkarlıq və tərəfdaşlıq prinsiplərini təməl olaraq qəbul etmişdir. Ötən 35 il ərzində Assosiasiyanın maliyyə xidmətlərinin inkişafında oynadığı mühüm rol, bank sektorunun, o cümlədən milli iqtisadiyyatın güclənməsinə töhfə verməklə yanaşı, qlobal maliyyə sisteminə inteqrasiyanı da dəstəkləmişdir. Eyni zamanda Assosiasiyanın ölkədəki sosial həssas məsələlərə yanaşması və bu sahədəki təşəbbüsləri hər zaman təqdirəlayiq dəyələndirilmişdir.

ABA-nın gələcəkdə də müvəffəqiyyətlə fəaliyyət göstərəcəyinə və birlikdə daha güclü maliyyə bazarı formalaşdırılmasına dəstək verməklə böyük uğurlara imza atacağına inanırıq. Bu yubiley münasibətilə bir daha Sizi təbrik edir, davamlı inkişaf və yeni zirvələr arzulayırıq.

()
HOURS
: MINUTE
DATE