Son illərdə qlobal istiləşmə və ekoloji problemlər dünyada təbiətin qorunmasını ən önəmli mövzular sırasında yerləşdirib. Bu kontekstdə keçirilən ağacəkmə aksiyaları isə təbiətin qorunması və ekoloji tarazlığın bərpası üçün vacib tədbirlərdən biridir. Məhz bu səbəbdən, ASB tərəfindən 24 oktyabr 2024-cü il tarixində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ağacəkmə Aksiyası təşkil edilmişdir.
Bu aksiyanın məqsədi təbiətə töhfə verməklə yanaşı, insanları ekoloji problemlər mövzusunda daha məlumatlı etməkdir. Ekoloji dəyərləri təşviq edən belə tədbirlər, cəmiyyətin diqqətini yaşıl gələcək və təmiz təbiətə cəlb etməyi hədəfləyir.
Ağac əkmək, təkcə ətraf mühiti qorumaq üçün bir addım deyil, həm də gələcək nəsillərə sağlam və yaşıl bir dünya buraxmağın vacibliyini xatırladır.
Aksiyaya ASB əməkdaşlarının iştirakı ilə baş
tutmuşdur. Bu təşəbbüs ətrafında bir araya gələn əməkdaşlar həm təbiətə, həm də bir-birlərinə qarşı məsuliyyət hissini gücləndirmək, komanda şəklində işləmək bacarıqlarını inkişaf etdirib, eyni zamanda birlikdə maraqlı zaman keçiriblər. “Yaşıl dünya naminə” şüarı ilə hərəkət edən bu layihə, iştirakçılara həm gözəl bir gün keçirmək, həm də ətraf mühitə faydalı olmaq üçün ideal bir fürsət təqdim etmişdir.
Qeyd edək ki, korporativ məsuliyyəti artırmaq məqsədilə əməkdaşların hər birinin adına bir fidan əkilmişdir
Bu təşəbbüs həm cəmiyyətin ekoloji maarifləndirilməsinə, həm də təbiətə sevgi aşılanmasına xidmət edir.
Unutmayaq ki, təbiəti qorumaq hamımızın ortaq vəzifəsidir. Gəlin, təmiz və yaşıl bir gələcək üçün birlikdə çalışaq!