Ətraf mühitin qorunması müasir dövrün ən vacib mövzularından biridir, və Yaşıl dünya naminə həmrəylik ili çərçivəsində bu sahədə müxtəlif təşəbbüslər ilə ekosistemi dəstəkləməyə çalışılır. Bu kontekstdə ASB-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirdiyi "Batareyaları təhvil ver, təbiəti qoru" layihəsi mühim əhəmiyyət daşıyan bir nümunədir. Layihə çərçivəsində ASB tərəfindən istifadə edilmiş batareyaların toplanması və "Tullantıları İdarəetmə Mərkəzi" MMC-yə təhvil verilməsi ekoloji şüurlu davranışın real təzahürüdür.
Batareyaların ətraf mühitə vurduğu ziyan ciddi bir məsələdir. Batareyaların tərkibində olan ağır metallar və digər zərərli kimyəvi maddələr torpağa və suya qarışaraq həm ekosistemlərə, həm də insan sağlamlığına böyük təhlükə yaradır. ASB-nin bu təşəbbüsü ilə həmin zərərli maddələrin zərərsizləşdirilməsi üçün aidiyyatı mərkəzlərə göndərilir. Bu, batareyaların təbiətə ziyan vermədən təkrar emalına şərait yaradır və bu kimi layihələrin geniş yayılması, ekoloji maarifləndirmənin artması üçün mühüm addım kimi qiymətləndirilir.
ASB bu layihə ilə yalnız ətraf mühitin qorunması sahəsində fəaliyyət göstərməklə qalmır, həmçinin ictimaiyyətə hər bir vətəndaş və təşkilat təbiəti qorumaq üçün addımlar atması üçün mesaj göndərir. Ekoloji məsuliyyət, yalnız bir vəzifə deyil, həm də sosial məsuliyyətin bir hissəsidir. ASB tərəfindən həyata keçirilən bu layihə digər təşkilatları da oxşar təşəbbüslərə qoşulmağa təşviq edəcəkdir.
Nəticə etibarilə, bu kimi təşəbbüslər cəmiyyətimizdə ekoloji məsuliyyəti artıraraq təbiəti və ətraf mühiti qorumağa töhfə verir. Azərbaycan Sənaye Bankı ASC və Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi tərəfdaşlar arasında əməkdaşlıq çərçivəsində icra olunan bu layihə, ekoloji dəyərləri və davamlı inkişaf prinsiplərini dəstəkləyərək gələcək nəsillərə daha sağlam bir dünya ötürmək məqsədini daşıyır.