Exchange Calculator
© 2023 ASB Bank
27.12.2023

ASB Mobile Yeniləndi!

 “Azərbaycan Sənaye Bankı” ASC yenilənmiş mobil bankçılıq tətbiqini istifadəyə açdı.

 Müştərilərinə hər zaman sürətli və etibarlı xidmət göstərməyi özünə prinsip olaraq qəbul edən ASB yenilənmiş mobil bankçılıq tətbiqində də istifadəni asanlaşdırıb. Belə ki, aşağıdakı əməliyyatları artıq banka gəlmədən Mobil tətbiqlə icra etmək əlçatan olacaqdır:

 • Onlayn və rahat qeydiyyat;
• Kartdan karta pul göndərilməsi;
• Öz hesablarınız arasında pul köçürmələri;
• ASB bankdaxili digər hesablar arasında pul köçürmələri;
• Kommunal (işıq, su, qaz) və digər ödəmələr;
• Həyata keçirdiyiniz bank əməliyyatlarını və hesab qalıqlarını izləmək imkanı;
• ASB kredit kart ödəmələrinin icrası və izlənilməsi;

Bu mobil tətbiqetmə vasitəsilə Siz həmçinin, Kart və bank hesabı məlumatlarınızı və balansını izləmək, ASB filialları və bankomatlarının ünvanlarını görmək və başqa imkanları əldə edəcəksiniz.

“ASB Mobile” tətbiqində təhlükəsizlik sistemi gücləndirildiyi üçün artıq “üz tanıma”, “barmaq izi oxuma” və təyin etdiyiniz “PİN kod” vasitəsilə tətbiqə giriş edə biləcəksiniz.

“ASB Mobile” tətbiqini istifadə etmək üçün artıq Banka gəlməyə ehtiyac qalmamışdır, onlayn qaydada Google Play Store, App Store və asb.az saytındakı linkdən istifadə edərək yükləyə və qeydiyyatdan keçə bilərsiniz.

Həmçinin ASB Mobil Banking tətbiqini aşağıdakı link vasitəsilə mobil telefonunuza yükləyə bilərsiniz.

https://apps.apple.com/tr/app/asb-ojsc/id1495766055?l=tr
https://play.google.com/store/apps/details?id=com.asb.az

Yeniliklərimiz davam edir!

()
HOURS
: MINUTE
DATE