Exchange Calculator
© 2025 ASB Bank
26.11.2024

ASB-də 10 ildən artıq fəaliyyət göstərən əməkdaşların mükafatlandırma tədbiri keçirildi

       18 noyabr 2024-cü il tarixində “Azərbaycan Sənaye Bankı” ASC-də uzunmüddətli və şərəfli əmək fəaliyyətinə görə əməkdaşlara yüksək diqqət və onların illər boyu verdiyi töhfələrin dəyərləndirilməsi məqsədilə xüsusi tədbir təşkil olundu. 

        Tədbirdə ASB-nin Müşahidə Şurasının üzvü, İdarə Heyəti üzvləri və digər əməkdaşlar iştirak edirdilər. Tədbiri açılış nitqi ilə başlayan ASB-nin Müşahidə Şurasının üzvü Alireza Firouzi 10 il və daha çox müddət ərzində bankda çalışan əməkdaşların bankın inkişafında əvəzsiz rol oynadığını, bu zəhmətin və sədaqətin bankımızın bugünkü uğurlarının təməlində dayandığını vurğulayaraq, buna görə əməkdaşların hər birinə öz təşəkkürünü bildirdi. Hörmətli Alireza bəy və digər çıxış edən rəhbər şəxslər uzunmüddət bankda çalışan əməkdaşlarla bağlı xatirələrini bölüşərək, onlara xoş arzu və diləklərini bildirdirdilər. Həmçinin belə tədbirlərin kollektiv ruhunun güclənməsinə, əməkdaşların motivasiyasına və onların peşəkar bacarıqlarını daha da inkişaf etdirməsinə müsbət təsir göstərdiyi qeyd edildi.

Tədbir zamanı 10 ildən artıq bankda fəaliyyət göstərən əməkdaşlara xüsusi təşəkkürnamələr təqdim olundu. İfadə edilən xoş sözlər və tədim edilən təşəkkürnamələr onların peşəkar xidmətlərinin, məsuliyyətli yanaşmalarının və ASB-nin inkişafına

verdikləri töhfələrin yüksək dəyərləndirilməsinin rəmzi oldu.

 

 

 

 

 

 

 

Sonda tədbir iştirakçıları kollektiv xatirə fotoları çəkdirərək bu əlamətdar günü əbədiləşdirdilər. Tədbir həm əməkdaşlar arasında birliyin və kollektiv ruhunun gücləndirilməsi, həm də bank rəhbərliyinin öz əməkdaşlarına göstərdiyi diqqət və ehtiramın bariz nümunəsi kimi yadda qaldı. Bu cür təşəbbüslər əməkdaşlar arasında motivasiyanı artırmaqla yanaşı, onların öz işlərinə daha böyük həvəs və bağlılıqla yanaşmasına səbəb olmaqdadır.

()
HOURS
: MINUTE
DATE